GRAND-NIECE
GRAND-UNCLE
OBASTAN VİKİ
Piano
Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Piano iki formada mövcuddur: Royal PianoRoyalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Rentso Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. == Həyatı == Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Renzo Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. == Həyatı == Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Çividate al Piano
Çividate al Piano (it. Cividate al Piano) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4882 nəfər, əhalinin sıxlığı 542 nəfər/km²-dir. Sahəsi 9 km² ərazini tutur. Poçt kodu — 24050. Telefon kodu — 0363. 1191-ci ildə kommuna ərazisində Cremona tərəfindən dəstəklənən Berqamo və Milanın dəstəklədiyi Brescia kommunaları arasında Rudiano döyüşü baş verib. İtalyan tenor Eliodoro Bianki 1773-cü ildə Çividate al Pianoda anadan olub.
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun.Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur.Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq. Polisdən qurtulmağın üç yolu vardır: Təqibdən qaçmaq. Polislərin az olduğu yerlərdə müəyyən müddət dayanmaq.
Miss Grand International
Miss Böyük Beynəlxalq (ing. Miss Grand International; tay มิสแกรนด์อินเตอร์เนชันแนล) 2013-ci ildə Nawat Itsaragrisil tərəfindən təsis edilib və müsabiqə ilk dəfə Taylandda baş tutub. Miss Böyük Beynəlxalq titulu rəqabət apardığı Miss Kainat, Miss Dünya, Miss Beynəlxalq, Miss Yer və Miss Sözügedən ilə birlikdə dünya üzrə tanınan məşhur müsabiqələrdən biridir. Qalib şəxs həm də, bir il ərzində təşkilat təmsilçisi seçilir və MGIO ilə bağlı müxtəlif xeyriyyə tədbirləri iştirak edə bilir. Miss Böyük Beynəlxalq-ın qalibi ənənəvi olaraq bir il Bangkokda yaşayır.Müsabiqənin son mərhələsində 20, yaxud 21 yarımfinalçı qalır. Bu mərhələdə müxtəlif tədbirlər, şənliklər həyata keçirilir və bütün dünyada canlı yayımlanır. Mövcud Miss Böyük Beynəlxalq 27 mart 2021-ci ildə Tailandnın Banqkok şəhərində mükafatlandırılmış birləşmiş statlarlı Abena Appiahdir. Miss Böyük Beynəlxalq Qalibi mükafat olaraq 40000 ABŞ dolları pul mükafatı alacaq və Bangkokdakı bir kondominiumda bir il qalmalı və təşkilatın səfiri olaraq çalışmalıdır. == Miss Böyük Beynəlxalq titulunu qazananlar == Aşağıda 2013-ci ildə yaradılan Miss Böyük Beynəlxalq müsabiqəsinin qaliblərinin siyahısı qeyd edilmişdir.
Anna Rita Del Piano
Anna Rita Del Piano (rəsmi adı Anna Rita Viapiano, it. Anna Rita del Piano; 26 iyul 1966, Kassano-delle-Murce) — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. == Həyatı == Anna Rita Viapiano 1966-cı il iyulun 26-da İtaliyada anadan olub.
Grand Theft Auto III
Grand Theft Auto 3 (GTA III) Rockstar Games tərəfindən yaradılmış Grand Theft Auto seriyasının üçüncü oyunudur. Oyun PlayStation 2, PlayStation 3 (PSN), Windows, Xbox, Mac OS X, Xbox 360 (XBLM), iOS və Android platformaları üçün yaranıb. Oyunun hadisələri Nyu-Yorka çox oxşayan Liberty City şəhərində baş tutur. == Məzmunu == Qeyd:Klod dilsizdir, danışa bilmir. Klod, Katalina və Miqel Liberty City bankını soymaq planlayırlar, lakin soyğunun sonunda Katalina Klodu vurur və pulları götürüb qaçır. Klod həbsxanaya aparılarkan qəzaya düşüb avtomobildən qaçır və Katalinadan intiqam almaq qərarına gəlir. Klod və Katalinanın Liberty şəhərinə gəlməyi San Andreasda açıqlanır. San Andreasın baş qəhrəmanı Karl Conson Katalinanın keçmiş sevgilisi olub, Klod onunla yarışdı, amma uduzdu. Katalina onunla ayrıldı və Klodla Liberty şəhərinə üz tutdu. Klod Liberty City şəhərində çoxlu missiyalar yerinə yetirdi və son ana missiyada keçmiş sevgilisi Katalinanı öldürdü.
Grand Theft Auto IV
Grand Theft Auto IV (qısaca GTA 4 və ya GTA IV) — Rockstar North, Rockstar Toronto tərəfindən hazırlanan və Rockstar Games tərəfindən 2008-ci ildə paylanan Grand Theft Auto ardıcıllığının səkkizinci oyunu Liberty City adı altında New Yorkda keçən açıq dünya, aksion-macəra oyunudur. Oyun, 1978 doğumlu Serbiya milliyətli olub Yuqoslaviyada böyümüş eləcə də Yuqoslav savaşında iştirak etmiş və qaranlıq keçmişindən qaçan Niko Bellic adlı bir şəxsin həyatını mövzü alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerika yuxusunu yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty şəhərinə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan Grand Theft Auto ardıcıllığının bu seriyasındakı əsas xarakteridir.Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz belini də doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Yuxunun əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir. Liberty City 24 saat yaşayan eyni zamanda insanların hava şəraitinə və saatlara uyğun olaraq mənalı hərəkət etdikləri canlı bir şəhərdir. Yeni Advanced Graphics Engine (RAGE) texnologiyası ilə şəhər inanılmaz bir qrafik detalına və həqiqətə çox yaxın görünüşlərə sahibdir. Çox oyunçu ilə oynama rejimi rəqiblərinizlə Liberty City şəhərində həyəcanlı qovalamacalar imkanı verir.
Grand Theft Auto V
Grand Theft Auto V — Rockstar North şirkəti tərəfindən hazırlanmış və 2013-cü ildə PlayStation 3 və Xbox 360 oyun konsolları üçün Rockstar Games tərəfindən nəşr olunan aksiyon janrında multiplatform kompüter oyunu. Sonrakı illərdə oyun Microsoft Windows, PlayStation 4 və Xbox One platformalarında sərbəst buraxıldı. Grand Theft Auto seriyasının on beşinci oyunu və Grand Theft Auto IV-dən (2008) sonra növbəti böyük oyun. Rusiyada və MDB-də Grand Theft Auto V oyununun naşiri 1C-SoftKlab şirkətidir. Oyunun fəaliyyət Cənubi Kaliforniyanın ərazisində yerləşən San Andreas, qondarma dövləti yer tutur. Vahid istifadəçi rejimində sujet getdikcə cəsarətli quldurluq təşkil edən və mütəşəkkil cinayət, həm də hüquq-mühafizə orqanlarına qarşı savaşan üç quldurun sərgüzəştləri ətrafında inşa edilmişdir. Oyun zamanı oyunçu birinci və ya üçüncü şəxs rejimində seçilmiş qəhrəmanlara nəzarət edir; qəhrəmanları sərbəst piyada, avtomobil və nəqliyyat digər növləri ilə idarə etmək mümkündür. Grand Theft Auto V-in digər oyunlar seriyası ilə müqayisədə fərqli bir xüsusiyyəti, tapşırıqların yerinə yetirilməsi zamanı və ya sərbəst modda, istənilən vaxt qəhrəmanlar arasında keçid etmək imkanıdır. Oyunun bir çox vəzifələri nəqliyyat vasitələrinin soyğunçuluğu və qaçırılması ilə bağlıdır; bu oyun qəhrəmanları atışmalarda və təqiblərdə birlikdə iştirak edə bilər. Grand Theft Auto Online eyni zamanda 30 oyunçunun birlikdə oynamasını dəstəkləyən oyunun multipleyer onlayn rejimidir.
Sheraton Grand Incheon Hotel
Sheraton Grand Incheon Hotel — Sonqdo İBD-də açılmış ilk oteldir. Otel Northeast Asia Trade Tower, Songdo Convensia və Sonqdo Mərkəzi Parkının yaxınlığında yerləşmişdir. Otel Starwood tərəfindən idarə olunun 5 ulduzlu oteldir və HOK tərəfindən işlənib hazırlanmış LEED sertifikatlı oteldir. Günəş şüalarının təsirini azaltmaq məqsədilə dörd yüksək perforasiyalı alüminium günəş kölgəsi yerləşdirilmişdir. Oteldə 319 otaq, 9 banket zalı, azad internet zalı, fitnes mərkəzi, qapalı hovuz mövcuddur.
Kökdən düşmüş piano (film, 1982)
== Məzmunu == Tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.
Adsız Grand Theft Auto oyunu
Adsız Grand Theft Auto oyunu (və ya Grand Theft Auto VI) — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanan, Rockstar Games tərəfindən paylanan Grand Theft Auto seriyasının bir hissəsidir. Oyunun 2002-ci ildə GTA 3-ün PC versiyası üçün bazara çıxarıldıqdan bir neçə gün sonra PlayStation 2, PC və Xbox versiyaları üçün bazara çıxarılacağı bildirildi. Oyun PlayStation 2 konsolu üçün 25 Oktyabr 2004-cü ildə Şimali Amerikada, 28 Oktyabr 2004-cü ildə Avropada və 2 dekabr 2004-cü ildə Avstraliyada satışa çıxarılmışdır. Oyunun çıxış tarixi Yaponiyada 9 Noyabr 2006 qərarlaşdırılmışdır. Oyunun Xbox versiyası Şimali Amerikada 25 Oktyabr 2004-cü ildə, Avropada isə 29 Oktyabr 2004-cü ildə satışa çıxarılmışdır. Windows versiyası isə Şimali Amerikada 7 İyun 2005-ci il, Avropada isə 10 iyun 2005-ci ildə satışa təqdim edilmişdir. Grand Theft Auto: San Andreas Spike TV Video Oyunlar Mükafatlarında ən yaxşı aksion-macəra, ən yaxşı xarakter performansı və ən yaxşı soundtrack adı ilə 2004-cü ilin ən yaxşı oyunu seçildi. == Gameplay == Oyunun əsas xarakteri və baş qəhrəmanı ""Carl Johnson""-dur (qısaca olaraq - "CJ", Azərbaycanca - "Karl Conson"). Oyun Carl Johnsonun 1987-ci ildə Liberty City-dən Los Santos-a qayıtması ilə başlamışdır. Hadisələr 1992-ci ildə cərəyan edir.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City Rockstar North tərəfindən hazırlanaraq, Rockstar Games tərəfindən bazara çıxarılan Grand Theft Auto (GTA) seriyasının bir parçasıdır. Sony PlayStation 2 üçün 2002 tarixində bazara çıxarılan oyun, 2003-də Windows əməliyyat sistemi işlədən kompüterlər və Microsoft Xbox platformuna uyğunlaşdırılmışdır. 2004-ün yay aylarında Multi Theft Auto adlı modun MTA 0.5 versiyasına uyğunlaşdırılmışdır. 2010-da Mac OS X əməliyyat sistemi işlədən kompüterlərə uyğunlaşdırılmışdır. 2012-də iOS və Android əməliyyat sistemi işlədən cihazlara uyğunlaşdırılmışdır. Oyunun əsas qəhrəmanı Tomi Versettidir. Bir davam oyunu olaraq görülsədə oyunda danışılanlar Grand Theft Auto III-də olan əvvəlki mövzu qalmaqdadır. Oyun Mayami şəhərinin planında yaradılan “Vice City” adlı uydurma bir şəhərdə cərəyan edir.
Grand Theft Auto (oyun seriyası)
Grand Theft Auto və ya rəsmi abreviaturası ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den Hauzer və Sem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir. Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir. hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir.
Accélérateur Grand Louvre d'analyse élémentaire
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır.Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir.Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir. Fiziklər və mühəndislər araşdırmalarını kuratorlar və sənət tarixçiləri ilə birlikdə aparır.AGLAE-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri əsərlər üzərində tədqiqat aparılarkən zərər verməməsidir. Əgər söhbət mədəni mirasdan gedirsə bu ilk prioritet olur.
The Classical Music of Azerbaijan: Piano Volume 4
The Classical Music of Azerbaijan: Piano Volume 4 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış dördüncü albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının pianino üçün yazılmış əsərləri daxil edilmişdir. Ümumilikdə alboma altı Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, İsmayıl Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Rafiq Babayevin iyirmi beş əsəri daxil edilmişdir. Əsərlər Tamilla Quliyeva, Ülviyyə Vəliyeva, Elnarə Həşimova və Murad Adıgözəlzadə tərəfindən ifa edilib. == Alboma daxil olan əsərlər == Üzeyir Hacıbəyov (1885-1948)Sənsiz (1941) - Tamilla Quliyeva 4:14Fikrət Əmirov (1922-1984)Ballada (1954) - Murad Adıgözəlzadə 1:12 Aşıq mahnısı (1954) - Murad Adıgözəlzadə 0:50 Noktrune (1954) - Murad Adıgözəlzadə 1:17 Humoreska (1954) - Murad Adıgözəlzadə 0:41 Lirik rəqs (1954) - Murad Adıgözəlzadə 1:27 Vals (1954) - Murad Adıgözəlzadə 1:00 Laylay (1954) - Murad Adıgözəlzadə 1:56 Toccata (1954) - Murad Adıgözəlzadə 0:37Qara Qarayev (1918-1982)Preludes 1 (1950) - Murad Adıgözəlzadə2:15 Preludes 2 (1950) - Murad Adıgözəlzadə 1:47 Preludes 3 (1950) - Murad Adıgözəlzadə 3:21 Preludes 4 (1950) - Elnarə Həşimova 3:36İsmayıl Hacıbəyov (d.
Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
Piano və orkestr üçün konsert No.2 , Op. 18 (C minor), 20-ci əsrin dahi rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900 və 1901-ci illər arasında yazılmış konsertdir. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü soloist olaraq, 2 dekabr 1900 tarixində ifa edilmişdir. Bütün əsər ilk dəfə, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianist olaraq, 9 Noyabr 1901 tarixində ifa olunmuşdur. Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı, onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir. == Arxa plan == Bəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən Nikolai Dahl adında terapevtə həsr olunmuşdur. == Bəstə == Əsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır.